• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zaxarova Laçın-Şuşa yolundakı vəziyyətdən DANIŞDI

DÜNYA

15 Dekabr 2022 | 15:46

Zaxarova Laçın-Şuşa yolundakı vəziyyətdən DANIŞDI

Rusiya Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlı eko-fəalların Laçın-Şuşa yolunda keçirdiyi etiraz aksiyasına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə yaranmış vəziyyətdən narahatlıqlarını ifadə edib.

O, baş verənləri faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar tərəflər arasında fikir ayrılığı ilə əlaqələndirib.

“Biz yaxın zamanda nəqliyyat əlaqələrinin bərpasına ümid edirik”, - XİN rəsmisi əlavə edib.

O qeyd edib ki, Rusiya sülhməramlı kontingenti gərginliyini azaltmaq üçün fəal surətdə çalışır.

Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri üçtərəfli razılaşmanı imzalayarkən öz üzərlərinə müvafiq öhdəliklər götürüblər ki, buna ciddi şəkildə əməl edilməlidir.

Rusiya XİN sözçüsü sülhməramlıların ünvanına səslənən ittihamlara da münasibət bildirib. Zaxarov deyib ki, Rusiya sülhməramlı qüvvələri regionda təhlükəsizliyin təminatçısı kimi çıxış edir və öz öhdəliklərini tam şəkildə yerinə yetirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026