• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkmənistan TDT-yə üzv ola bilər

DÜNYA

15 Dekabr 2022 | 14:43

Türkmənistan TDT-yə üzv ola bilər

Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə Görüşü zamanı liderlər türk dünyasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, üç ölkə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əlaqələri gücləndirmək haqqında da həmfikir olub: “Mən regional və qlobal enerji, nəqliyyat və ticarət infrastrukturlarının inkişafında açar rol oynayan üç əsas ölkəni birləşdirən Zirvə Görüşünün mütəmadi keçirilməsinə xüsusi əhəmiyyət verirəm”.

Ərdoğan əlavə edib ki, artıq Türkmənistanın TDT-na tam üzv olması prosesi başlayıb və bu rəsmi olaraq təşkilatının növbəti Zirvə Görüşündə baş tuta bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026