• Bakı 10° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Çimərlikdə insan kəllələri tapıldı

DÜNYA

15 Noyabr 2022 | 20:44 | Müəllif: Subhan Mahmudov

Çimərlikdə insan kəllələri tapıldı

ABŞ-ın Florida ştatının şərq sahillərini vuran "Nikol" qasırğası iki yüz ildən çox əvvələ aid insan qalıqlarını sahilə gətirib.

Bakıvaxtı.az bildirir ki, bu barədə NBC News xəbər verib.

Polis zabiti Martin Con Budensikin sözlərinə görə, Çesteyn çimərliyində altı kəllə və digər kiçik və iri sümüklər tapılıb. Qalıqları orada dincələn insanlar görüblər.

Materiallar ekspertizaya təqdim edilib. Mütəxəssislər qalıqların yerli amerikalılara aid olduğundan şübhələniblər. "Tibbi ekspertiza müəlliflərinin fikrincə, sümüklərin yaşı 200 ildən çoxdur", - Budensik yekunlaşdırıb.

Bu ərazidə ən qədim qalıqlar əvvəllər də tapılıb. Bu, 2012-ci ildə "Sendi" qasırğasından sonra, 2019-cu ildə isə "Dorian" qasırğasından sonra baş verib.(milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR