• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almaniya 5 min Ukrayna hərbçisinə təlim keçəcək

DÜNYA

16 Oktyabr 2022 | 22:24 | Müəllif: Qalib İbrahimoğlu

Almaniya 5 min Ukrayna hərbçisinə təlim keçəcək

Almaniya silahlı qüvvələrinin komandanlığı Avropa İttifaqının planlaşdırılan missiyası çərçivəsində 5 min ukraynalı hərbçini təlimlərə qəbul etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, yeni çağırışçılar Aİ missiyası çərçivəsində ilkin hazırlıq keçəcək, daha təcrübəli əsgərlər isə xüsusi təlimlərə göndəriləcək. Bundesverdə Ukraynadan gələn hərbçilər “Iris-T” hava hücumundan müdafiə sistemi ilə işləmək üçün təlim keçəcəklər.

Almaniya mətbuatının yazdığına görə, belə qurğulardan biri artıq Kiyevə təhvil verilib./report.az/

Ümumilikdə Aİ missiyası 15 000 hərbi personala təlim keçməyi planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR