• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Netanyahu Baydeni TƏNQİD ETDİ: Yanlışdır...

DÜNYA

16 Oktyabr 2022 | 21:05 | Müəllif: Qalib İbrahimoğlu

Netanyahu Baydeni TƏNQİD ETDİ: Yanlışdır...

ABŞ Prezidenti Cozef Baydenin İran və Fələstin məsələsi ilə bağlı siyasəti yanlışdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, xüsusən də Amerika liderinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpa etmək istəyi yanlışdır.

“Düşünürəm ki, Bayden İsrailə rəğbət bəsləyir, lakin onun Fələstin məsələsi və İranla bağlı siyasəti yanlışdır, sadəcə səhvdir. ABŞ-ın İranın nüvə proqramını dayandırmaq əvəzinə onu effektiv şəkildə canlandırmağa çalışması yanlışdır”.

İsrailin keçmiş baş nazirinin nöqteyi-nəzərindən JCPOA-nın bərpası regionda sülhə kömək etməyəcək, çünki bu, İranın nüvə silahı istehsalını davam etdirməsinə mane olmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR