• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Müharibəyə görə 3 məmur İnterpola verildi

DÜNYA

17 Sentyabr 2022 | 06:26 | Müəllif: Subhan Mahmudov

Müharibəyə görə 3 məmur İnterpola verildi

Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə görə 3 nəfər barəsində axtarış elan edib.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, həmin 3 nəfər, Cənubi Osetiyalı 46 yaşlı Hamlet Quçmazov, Şimali Osetiyadan olan 66 yaşlı Mixail Mindzayev və Tsxinvalidən olan 45 yaşlı David Sanakoevdir. H. Quçmazov 2008-ci ildə istintaq təcridxanasının rəisi olub. Sanakoev isə həmin ildə faktiki prezidentin insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışıb.

Hər üç şəxs 2008-ci il müharibəsində cinayətlər törətməkdə ittiham olunurlar. Belə ki, onlar qanunsuz həbslər, girov götürmə, işgəncə, əsirlərlə qeyri-insani rəftar, şəxsi ləyaqətə qarşı təhqirlər və s cinayətlrədə təqsirli bilinirlər.

Onların saxlanılması üçün Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qırmızı bülletenlə axtarış elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026