Serbiyanın Ukraynadakı səfirliyi təhlükəsizlik səbəbilə müvəqqəti olaraq bağlanıb.
Bakıvaxtı.az TASS-a istinadla bildirir ki, bununla bağlı diplomatik missiya saytında məlumat dərc edib.
Qeyd olunub ki, Serbiya Respublikasının Ukraynadakı səfirliyi işçilərin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq bağlanıb.
"Diplomatlar onların Ukraynaya qayıtması üçün şərait yaranana qədər Belqraddan işləyəcəklər”, - deyə məlumatda bildirilib.
















