• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ərdoğan Ciorcia Meloni ilə görüşdü

DÜNYA

15 Noyabr 2022 | 14:55

Ərdoğan Ciorcia Meloni ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb.

Bakıvaxtı.az  “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Liderlər “G 20”liyin İndoneziyanın Bali adasında keçirilən IX Zirvə görüşü çərçivəsində bir araya gəliblər.

Qeyd edək ki, R.T.Ərdoğan sammit zamanı ABŞ Prezidenti Cozef Bayden, Fransa Prezidenti Emmanuel Makron və Çin lideri Si Cinpinlə görüşüb.

Xatırladaq ki, C.Meloni bu ilin oktyabrında vəzifəyə gəlib. Ondan əvvəl İtaliyanın Baş naziri Mario Dragi idi.


Ərdoğan Ciorcia Meloni ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026