• Bakı 18° C

    2.36 m/s

FED faiz qərarını açıqladı

DÜNYA

15 Dekabr 2022 | 00:21 | Müəllif: Subhan Mahmudov

FED faiz qərarını açıqladı

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb - 4,25-4.50 %-dək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FED məlumat yayıb.

“Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib”, - FED-in məlumatında qeyd olunub.

Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.

Qeyd edək ki, FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026