• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qız yeməyə görə sevgilisindən ayrıldı

DÜNYA

13 Yanvar 2023 | 21:20 | Müəllif: Subhan Mahmudov

Qız yeməyə görə sevgilisindən ayrıldı

Çinin Sıçuan əyalətinin sakini yeməyə görə sevgilisini tərk etmək qərarına gəlib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Təxminən 20 yaşı olan qız əvvəlcə sevgilisinin kənddə yaşayan valideynlərinə baş çəkib. Onlara çatmaq üçün o, təxminən iki saat yarım maşın sürməli olub. Çinli qız süfrəyə oturduqda təqdim edilən yeməklərdən dəhşətə gəlib. Ona qızardılmış yumurta ilə bir qab əriştə, balqabaq sıyığı və soyuq qəlyanaltılar təklif edilib.(milli.az)

Qız bu yeməkdən məyus olub və bunu sevgilisinə etiraf edib. Və deyib ki, belə yeməkləri adi insanlar gündəlik həyatda yeyirlər. İki gün sonra çinli qadın sevgilisinin ailəsi ilə daha qala bilməyəcəyini bildirib, əşyalarını yığıb çıxıb gedib. "O bilirdi ki, əriştə sevmirəm, amma əriştə yeməkləri hər yeməkdə verilirdi", - qız deyib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR