• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İlon Mask “Tesla”dakı səhmlərinin bir hissəsini satdı

DÜNYA

15 Dekabr 2022 | 08:39 | Müəllif: Qalib İbrahimoğlu

İlon Mask “Tesla”dakı səhmlərinin bir hissəsini satdı

Biznesmen İlon Mask elektrik avtomobil istehsalçısı “Tesla”dakı payının bir hissəsini təxminən 3,6 milyard dollara satıb.

Bakıvaxtı.az TASS-a agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının elektron bazasına daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, dekabrın 12-dən 14-dək Mask təxminən 22 milyon səhm satıb. Qiymət, eyni zamanda, bir səhm üçün 156-176 dollar arasında dəyişib.

Noyabrın əvvəlindən birjada “Tesla”nın qiymətli kağızlarının qiyməti əhəmiyyətli dərəcədə azalıb - bir səhm üçün 227 dollardan 156 dollara qədər.

İnvestorlar qorxurlar ki, tviter alışının sahibi öz biznesinə elektromobillər sahəsində kifayət qədər diqqət yetirmir, halbuki bu seqmentdə rəqabət artmaqdadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026