• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

ABŞ İrandakı etirazları dəstəkləyir - Ağ Ev 

DÜNYA

16 Oktyabr 2022 | 20:37 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ İrandakı etirazları dəstəkləyir - Ağ Ev

"ABŞ İrandakı etirazları dəstəkləyir və etirazçılara dəstək vermək üçün bir sıra addımlar atır”.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra aqressiv addımlar atırıq. İlk növbədə, biz etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışırıq,”-deyə Sallivan bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden bildirib ki, İranda etirazlar hələ uzun müddət davam edəcək, ABŞ administrasiyası onların iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsinə qarşıdır./report.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026