• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Rusiya Dmitri Qordonu axtarışa verdi

DÜNYA

19 Iyul 2022 | 12:36

Rusiya Dmitri Qordonu axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi tanınmış ukraynalı jurnalist Dmitri Qordonu axtarışa verib.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya DİN-in saytında yerləşdirilib.

Məlumata görə, Qordon cinayət işi çərçivəsində axtarışa verilib. Buna baxmayaraq, sözügedən cinayət işinin hansı maddə ilə başladıldığı açıqlanmayıb.

Xatırladaq ki, Rusiyanın İstintaq komitəsi martın 21-i üç maddə ilə Dmitri Qordona qarşı cinayət işi başladıb. Qeyd olunub ki, Qordon canlı efir zamanı Rusiyaya qarşı silahlı hücuma və nüvə silahından istifadə etməklə ona qarşı təcavüzkar müharibənin başladılmasına çağırıb. Bununla yanaşı, Rusiya tərəfi Qordonun rusiyalıları məhv etməyə çağırdığını və Rusiya Silahlı Qüvvələri barədə feyk məlumatlar yaydığını da iddia edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR