• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Şənliklərdən başı açılmayan" baş nazir yenə gündəmdədir

DÜNYA

18 Avqust 2022 | 11:26 | Müəllif: Qalib İbrahimoğlu

"Şənliklərdən başı açılmayan" baş nazir yenə gündəmdədir

Sosial media yenidən Finlandiyanın baş naziri Sanna Marindən danışır.

Bakıvaxtı.az xəbər verir ki, iştirak etdiyi festival və geyindiyi paltarla ölkə gündəminə düşən 36 yaşlı baş nazirin qatıldığı gecənin görüntüləri sosial mediada əksini tapıb. Sözügedən videoda Marinin qrup yoldaşı ilə içki içdiyi, finlandiyalı reper Petri Nygård və pop müğənnisi Antti Tuiskunun mahnılarını rəqs etdiyi və oxuduğu görünür.

Finlandiyanın “İltalehti” qəzetinin məlumatına görə, sözügedən videoda Marini müğənni Alma, teleaparıcı Tinni Wikström, YouTuber İlona Ylikorpi və radio aparıcısı Karoliina Tuominen müşayiət edir. Bir çox istifadəçi Marini siyasətlə məşğul olmasına baxmayaraq, özünə vaxt ayırdığı üçün tərifləsə də, əksəriyyət onu baş nazir vəzifəsinə qarşı məsuliyyətsizlik etdiyinə görə tənqid ediblər. Bəzi istifadəçilər "festival və şənliklərdən başını qaldıra bilmir" deyə şərh ediblər.

Marin əvvəllər də COVID-19 testi pozitiv olduğu üçün karantində olsa da, qaydanı pozub gecə klubuna getmişdi. Qısa müddətdə tənqid hədəfinə çevrilən baş nazir əvvəlcə özünü müdafiə edib, daha sonra üzr istəmişdi. O, sosial media hesabında yayımladığı mesajda "Necə davranmalı olduğumu düşünmədiyim üçün çox üzr istəyirəm", deyə qeyd etmişdi.

Aytac Aslan


"Şənliklərdən başı açılmayan" baş nazir yenə gündəmdədir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026