Avropa artan enerji böhranı ilə üz-üzədir.
Bakıvaxtı.az xəbər verir ki, Vətəndaşlar və sənaye şirkətləri artan enerji xərcləri ilə mübarizə aparmaq üçün klapanları tənzimləməyə başlayıblar.
Keçən ay Hollandiyada sürətlə artan enerji xərcləri aylıq elektrik ödənişlərini 400-600 avroya çatdırdı.
Avrozonada illik inflyasiya avqust ayında enerji qiymətlərinin artması səbəbindən 9,1 faizlə rekord həddə, iyulda illik inflyasiya 8,9 faizə çatıb. Avqustda inflyasiya son 25 ilin ən yüksək səviyyəsindədir. Avropa İttifaqında iyulda 9,8 faiz olan illik inflyasiya avqustda yüzdə 10,1 faiz oldu. Sözügedən inflyasiya ötən ilin avqust ayında Aİ-də yüzdə 3,2 olaraq ölçüləndi. Aİ-yə üzv olan 27 ölkədən 15-də inflyasiya ikirəqəmli rəqəmə çatıb.
Nuranə Daxilqızı
















