• Bakı 16° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Putin Ukrayna mövzusunu başqalarıyla müzakirə etmək istəmir

DÜNYA

19 Iyul 2022 | 10:38

Putin Ukrayna mövzusunu başqalarıyla müzakirə etmək istəmir

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası ölkələrinin (BRİKS)i llik sammiti videoformat çərçivəsində həyata keçirilib. İyunun 23-də reallaşan sammitə Çin sədrlik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, videoformat çərçivəsində keçirilən sammitdə problem yaşanıb. Belə ki, Rusiya mətbuatı liderlərin müzakirəsi zamanı səs probleminin olduğunu yazıb, yəni liderlər bir-birlərini eşitməkdə çətinlik çəkiblər. Tərçüməçilərin səslərini eştimək mümkün olmayıb.

O qeyd edib ki, keçən sammitdən ötən müddətdə beynəlxalq aləmdə müxtəlif dəyişikliklər baş verib:

“Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayıb, Qərbin Rusiyaya qarşı sanksiyaları sərtləşib, Çin bölgədə hərbi gücünü artırıb, ərzaq problemi dərinləşib və s. Maraqlıdır ki, videoformat çərçivəsində keçirilən sammitdə heç bir lider Ukrayna müharibəsindən danışmayıb, ümumiyyətlə Ukrayna sözünü tələffüz etməyiblər. Rusiya prezidenti Vladimir Putin başqalarıyla bu mövzunu müzakirə etmək istəmir. Odur ki, Rusiya ilə tərəfdaşlıq münasibətlərində olan dövlətlərin liderləri Putini rahatsız etmək istəməyiblər. Digər tərəfdən heç bir lider, o cümlədən tərəfdaşlar Rusiyanın Ukraynaya qarşı müharibədə haqlı olduğunu vurğulamaq istəmir”.

Ekspert bildirib ki, BRİKS liderləri sammitdə dünya ticarətindəki mövcud vəziyyəti və öz aralarında iqtisadi əlaqələrin gücləndirilməsi mövzularını müzakirə ediblər:

“Bunu reallaşdırmaq çətindir. Çünki BRİKS təşkilatının iki əsas üzvü – Rusiya və Çinə qarşı müxtəlif sanksiyalar mövcuddur. Digər tərəfdən, BRİKS üzvü Hindistanın Çinlə sərhəd problemi var və buna görə Dehli Pekinlə iqtisadi əlaqələri və ticarəti gücləndirməyə risq etmir. Əksinə, sərhəddə baş verən son insidentdən sonra Dehli Pekinlə planlaşdırdığı bir sıra ortaq iqtisadi layihədən imtina edib. Digər tərəfdən, Rusiya və Çindən fərqli olaraq BRİKS-in digər 3 üzvü – Braziliya, Hindistan və Cənubi Afrika Respublikası ABŞ və Avropa ilə iqtisadi əməkdaşlığın inkişafına və strateji əlaqələrə çalışırlar. Odur ki, BRİKS sadəcə fikir mübadiləsi üçün bir platformadır. Braziliya, Hindistan və Cənubi Afrika Respublikası Rusiya və Çinin xeyrinə Qərblə sıx əməkdaşlıqdan imtina etməyəcəklər. Təsadüfi deyil ki, Hindistan və Cənubi Afrika Respublikası “böyük yeddilərin” toplantısına dəvət olunmuşdrular. Rusiya BRİKS-ə yeni üzvlər qoşmağa cəlb etsə də, bu təşkilatın ABŞ və müttəfiqlərinin formalaşdırdıqları təşkilatlardan üstün olacağı və ya onlarla rəqabət aparacağı problematikdir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR