• Bakı 22° C

    11.15 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

Putinin şok planına qarşı Baydenin iki QƏRARI...

DÜNYA

17 Avqust 2022 | 18:33

Putinin şok planına qarşı Baydenin iki QƏRARI...

2021-ci ilin oktyabrında Ağ Evə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibə başladacağı artıq aydın idi.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" Ağ Ev və NATO-dakı mənbələrinə əsasən məlumat yayıb.

Məlumata görə, 2021-ci ilin oktyabrında Bayden hərbçilər və kəşfiyyatçılarla görüş keçirib. Onlar təhlillərinə əsaslanaraq, ABŞ prezidentini Kremlin müharibəyə hazırlaşdığına inandırıblar. Həmçinin, peyk görüntüləri və kəşfiyyatçıların danışıqları genişmiqyaslı hücumun olacağına dair sübutlardan idi.

"Putinin planları çox iddialı idi. Belə ki, o, Ukraynanın böyük hissəsini ələ keçirəndən sonra NATO-nun şərq cinahını təhdid etməyə başlayacaqdı. Buna görə də Birləşmiş Ştatlar Ukraynanı müharibəyə hazırlamağın təcili olduğunu başa düşdü. Lakin bir problem vardı. Bəzi NATO ölkələrinin ABŞ-a inam səviyyəsi aşağı idi.

Payızda Ağ Ev Ukraynanın müdafiə qabiliyyətini artırmaq yollarını axtarmağa başladı.

Oktyabrdakı gizli görüşdən sonra Bayden iki qərar qəbul etmişdi - biri Moskvanı müharibənin nəticələri barədə xəbərdar etmək, digəri isə yaxınlaşan təhlükə barədə Kiyevi və müttəfiqləri məlumatlandırmaq.

Bütün bunlardan sonra kəşfiyyat məlumatları Ukrayna rəhbərliyinə də ötürülüb. Amma Ukraynada buna şübhə ilə yanaşıblar. XİN başçısı Dmitri Kuleba bunu onunla izah edib ki, Ukrayna ABŞ-dan təfərrüatı tələb etsə də, heç bir məlumat almayıb. Avropa və NATO da genişmiqyaslı işğala tam inanmırdı", - məqalədə bildirilib.


SON XƏBƏRLƏR

29 Sentyabr 2022