• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ŞƏT-in növbəti sammiti bu ölkədə keçiriləcək

DÜNYA

16 Sentyabr 2022 | 16:38

ŞƏT-in növbəti sammiti bu ölkədə keçiriləcək

Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley zirvə görüşündə bu təşkilata sədrlik Hindistana keçib.

Bakıvaxtı.az “Sputnik-Uzbekistan”a istinadən xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov ŞƏT-in Səmərqənd Sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

"Səmərqənd Sammitinin nəticələrinə əsasən, ŞƏT-ə sədrliklə bağlı qərar qəbul edilib. Qərara əsasən təşkilatın növbəti zirvə görüşü 2023-cü ildə Hindistanda keçiriləcək. Bu məsul missiyanın həyata keçirilməsində strateji tərəfdaşımız olan Hindistana əlimizdən gələn köməyi edəcəyik”, - o bildirib.

Qeyd edək ki, təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026