• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə partlayışın baş verdiyi şaxtada işlər dayandırıldı

DÜNYA

16 Oktyabr 2022 | 16:24 | Müəllif: Subhan Mahmudov

Türkiyədə partlayışın baş verdiyi şaxtada işlər dayandırıldı

Türkiyə hökuməti partlayışın baş verdiyi Bartın əyalətindəki kömür mədənində işləri müvəqqəti dayandırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.

"Bəzi ərazilərdə yanğınla mübarizə davam etdiyi üçün biz mədəndə işləri müvəqqəti dayandırırıq. İşlər bitənə qədər kömür hasilatı dayandırılacaq. Prokurorluq araşdırmalara başlayıb", - nazir bildirib.

Xatırladaq ki, oktyabrın 15-də Türkiyənin şimalındakı Bartın vilayətinin Amasra bölgəsindəki daş kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində 41 nəfər həlak olub, 58 nəfər xilas edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026