• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Borrell Qazaxıstana və Özbəkistana gedəcək

DÜNYA

15 Noyabr 2022 | 13:44

Borrell Qazaxıstana və Özbəkistana gedəcək

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Qazaxıstana və Özbəkistana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Cozep Borrellin səfəri noyabrın 16-dan 19-dək davam edəcək.

Borrell noyabrın 16-17-də Qazaxıstanda səfərdə olacaq və o, burada ölkənin xarici işlər naziri Muxtar Tileuberdi və Prezident Kasım-Jomart Tokayevlə görüşlər keçirəcək.

Noyabrın 17-də Aİ-nin Ali Nümayəndəsi Özbəkistana səfər edəcək. Elə həmin gün Borrell Aİ - Mərkəzi Asiya Ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə keçirilən görüşə həmsədrlik edəcək. Noyabrın 17 və 18-də Aİ-nin Ali Nümayəndəsi Səmərqənddə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan XİN başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.

Noyabrın 18-də Borrell regiona səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə də görüşəcək.

Aİ-nin baş diplomatı həmçinin "Səmərqənd Aİ-Mərkəzi Asiya Əlaqələri Konfransı: Qlobal Keçid" konfransında iştirak edəcək.

Borrellin regiona səfəri noyabrın 19-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026