• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyalı reper Qarabağla bağlı dediklərinə görə üzr istədi - VİDEO

MƏDƏNİYYƏT

13 Yanvar 2022 | 14:49 | Müəllif: Subhan Mahmudov

Rusiyalı reper Qarabağla bağlı dediklərinə görə üzr istədi - VİDEO

Bir il öncə azərbaycanlıları təhqir edən rusiyalı reper Aleksandr Timartsev (Restorator) üzr istəyib.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı instaqram hesabında bununla bağlı video paylaşaraq bu ifadələri səsləndirib: 

"Bütün Azərbaycan sakinlərindən üzr istəyirəm. Sevgi və hörmət müstəsnadır, uşaqlar. Çıxan videoda çox sərxoş idim və nə dediyimi xatırlamıram. Sizi çox sevirəm, bu hərəkətimə görə məni bağışlayın. Ümumiyyətlə, bunu niyə dediyimi bilmirəm. Bir daha sizdən üzr istəyirəm".

Qeyd edək ki, söhbət bu yaxınlarda "TikTok" və bir sıra teleqram kanallarında yayımlanan 2020-ci ildə lentə alınan videodan gedir. Aleksandr həmin görüntülərdə azərbaycanlıları diz çökərək Qarabağı ermənilərə verməyə çağırmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026