• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Əmrah xanımına 30 min aliment ödəyəcək

MƏDƏNİYYƏT

11 Fevral 2022 | 18:16 | Müəllif: Subhan Mahmudov

Əmrah xanımına 30 min aliment ödəyəcək

Bu günlərdə həyat yoldaşı Sibel Ərdoğandan boşanan türkiyəli müğənni Əmrahın eks-xanımına və iki övladına ödəyəcək alimentin məbləği açıqlanıb.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ifaçı hər ay Sibelə 12 min lirə (1506,13 AZN), iki övladı üçün isə 18 min lirə (2259,20 AZN) aliment ödəyəcək. Əmrah hər ay ümumilikdə 30 min lirə (3765,33 AZN) aliment verməli olacaq.

Müğənni uşaqlarını bazar günləri görə biləcək. Əmrah həyat yoldaşı ilə yaşadığı Bodrumdakı evində qalmağa davam edəcək.

Qeyd edək ki, cütlük 2014-cü ildə ailə həyatı qurub, bu il yanvarın 27-də boşanıb. Onların Eleysa və Elyesa adlı iki övladı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR