• Bakı 27° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Dadaşova öpüşmə videosundan DANIŞDI

MƏDƏNİYYƏT

12 Mart 2022 | 13:44 | Müəllif: Qalib İbrahimoğlu

Dadaşova öpüşmə videosundan DANIŞDI

Müğənni Aynur Dadaşova həmkarı Niyam Salami ilə öpüşmə görüntüsündən danışıb.

Bakıvaxtı.az  xəbər verir ki, görüntülərlə bağlı aparıcı Zaur Kamalın sualına cavab verən müğənni tənqidlərin onu peşman etmədiyini deyib.

A.Dadaşova baş verənlər haqqında aşağıdakıları deyib:

"Bayram idi, xanımlar çox idi. Pərdəarxası evdə fikirləşmişəm, Niyama səhnədə sual verəcəm: ayın neçəsidir? Deyəcəkdi, martın 8-i? Cavab verəcəkdim ki, utanmırsan, bir çiçək nədir, mənə vermirsən? Səhnəyə gəldim, amma Niyam dedi ki, məndə səhv tuta bilməzsən. Bu arada böyük gül gətirdi. Hər şeyi şişirdirsiniz. Milyonlarla insan bizə baxır. Niyə peşman olum? Biri var pis fikirdə olasan... Əgər qəlbiniz təmizdirsə, özünüz gözəl insansınızsa, nə olsun? Camaat da bizi alqışladı. Biri var insan gizlində edə, eyib ola. Orada nə var idi, utanmırsan?".

Zaur Kamal isə ona "Utanılası siz idiniz" deyə cavab verib. 


Dadaşova öpüşmə videosundan DANIŞDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026