• Bakı 23° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Şilləyə görə 10 il müddətinə cəzalandırıldı

MƏDƏNİYYƏT

09 Aprel 2022 | 00:34 | Müəllif: Subhan Mahmudov

Şilləyə görə 10 il müddətinə cəzalandırıldı

Xəbər verdiyimiz kimi, martın 28-də Los-Ancelesdə baş tutan 94-cü "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Uill Smitlə aparıcı Kris Rok arasında gərginlik yaşanmışdı.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Smit həmkarına vurduğu şilləyə görə Amerika kinoakademiyası tərəfindən cəzalandırılıb. Aktyor 10 il müddətində "Oskar" mükafatlarından və təqdimat mərasimlərindən uzaqlaşdırılıb. 

Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olmuşdu. Aktyor daha sonra hərəkətinə görə üzr istəmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026