• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Aqşin Fateh dava düşən restoranından danışdı - VİDEO

MƏDƏNİYYƏT

07 May 2022 | 17:17 | Müəllif: Subhan Mahmudov

Aqşin Fateh dava düşən restoranından danışdı - VİDEO

Meyxanaçı Aqşin Fateh dava düşən restoranından danışıb. 

Bakıvaxtı.az baku.ws-ə istinadən xəbər verir ki, "Həmin Zaur" proqramına qonaq olan ifaçı keçmiş şəriki barədə "Çörək verdiyimiz insanlar üzümüzə dayandı" sözlərini deyib. 

Daha sonra davadan danışan Fateh ortağının əli çörəyə çatana qədər onun adından istifadə etdiyini bildirib. Aqşin sözügedən restorandan hər ay 20-30 min manat qazandığını da açıqlayıb. 

Qeyd edək ki, aprelin 28-də Aqşinin ortaq olduğu restoranda dava düşüb. Buna səbəb hər iki tərəf arasında yaranan problemlər olub.

Belə ki, aprelin əvvəlindən F.Alıyev Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib. Aprelin 17-də isə Aqşin bir neçə adamla  restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib. Bu zaman tərəflər arasında münaqişə yaranıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026