• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Məşhur müğənni 5 il müddətinə həbs oluna bilər

MƏDƏNİYYƏT

05 Iyun 2022 | 14:41

Məşhur müğənni 5 il müddətinə həbs oluna bilər

Qonşusunun itinə hücum etməkdə ittiham olunan rusiyalı müğənni Lyubov Uspenskaya 5 müddətinə azadlıqdan məhrum edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Beşinci kanal" məlumat yayıb.

Nəşrin məlumatına görə, yaralı itin sahibi Yuliya vəkil Aleksandr Dobrovinskiyə müraciət edərək, Uspenskaya ilə məsələni sülh yolu ilə həll etməyə çalışıb. O, ifaçının zərbələri səbəbindən gözü yaralanan iti üçün təzminat tələb edib. Lakin müğənni bunu qəbul etməyib.

Vəkilin sözlərinə görə, hazırki vəziyyətdə Uspenskayanı 3 ildən 5 il müddətinə qədər həbs oluna bilər.

Qeyd edək ki, hadisə mayın 30-da müğənni qızı ilə gəzintidə olarkən baş verib. Uspenskaya buldoqu həyati təhlükə hiss etdiyi üçün vurduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026