Türkiyənin məşhur sənətçisi Emel Sayın skripka virtuozu Səlcuq Tekayı anım gecəsində səhnəyə çıxıb.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi 1980-ci ildə rol aldığı “Rüzgar” filmində yaşananlardan danışıb.
Jurnalistlərin "“Rüzgar” filmində Cüneyt Arkının başına ağacla vurmusunuz” sualına Emel Sayın belə cavab verib: “Bir şey olacağından qorxduğum üçün birinci vura bilmədim. Təkrarlanan səhnələrdən sonra elə bir güclə vurdum ki, Cüneytin başından qan axmağa başladı, çox qorxdum”.
Sənətçiyə Arkının “Emel Sayın məni döydü, məncə, məni sevmir” sözlərini xatırlatdıqda, o, zarafatla “Vurduğum üçün sevindim, buna layiq idi” cavabını verib.
Nuranə Daxilqızı
















