• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Pişik” Günel “TikTok”dan nə qədər qazandığını etiraf edib - VİDEO

MƏDƏNİYYƏT

02 Iyul 2022 | 16:41 | Müəllif: Subhan Mahmudov

“Pişik” Günel “TikTok”dan nə qədər qazandığını etiraf edib - VİDEO

Şou-biznesdə “Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova “TikTok” platformasından gələn qazancını açıqlayıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, müğənni bu barədə MTV-də yayımlanan “MTV maqazin” verilişinə müsahibəsi zamanı danışıb.

“TikTok” platformasından aktiv formada istifadə edən Günel canlı yayımlar sayəsində xeyli gəlir əldə etdiyini də etiraf edib.

“TikTok”da açdığım canlı yayımlardan 7 000-10 000 manat arası pul qazanıram. Həftəyə 15 000 manat pul qazanmaq kimi bir şey yoxdur. Bu, yalandır. O dediyim rəqəmi də bir həftə yox, haradasa on beş günə qazanıram”, - deyə Ələkbərova əlavə edib.

Qeyd edək ki, bir müddət öncə aktrisa Pərvin Abıyeva “TikTok”da bir aya 36 000 dollar pul qazanıram” açıqlaması ilə gündəm olmuşdu. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026