Dünyaca məşhur aktyor Conni Depp özünün çəkdiyi rəsm kolleksiyasını satışa çıxarıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, kolleksiya portretlərdən ibarətdir.
Məlumata görə, 780 rəsmdən ibarət kolleksiya 3,6 milyon dollara satılıb.
Sözügedən rəsmlərdə isə aktyor Al Paçino, “Rolling Stones” qrupunun gitaristi Kit Riçards, məşhur müğənni Bob Dilan, aktrisa Elizabet Teylor kimi Hollivud və rok musiqisi ulduzlarının portretləri yer alıb.

















