Məhkəmə Türkiyənini məşhur müğənnisi Gülşın barədə qərar verib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni ev dustqalığına bvuraxılıb.
Məhkəmə cinayətin mahiyyəti, dəlillərin toplanması, qaçma şübhəsinin olmaması, himayəsində azyaşlı övladının olması ilə bağlı qərar qəbul edib.
Müğənninin gün ərzində İstanbul Bakırköy Qapalı Həbsxanasından çıxacağı gözlənilir.
Qeyd edək ki, müğənni Gülşən 4 ay əvvəl konsertlərin birində "İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir” ifadəsini işlətdiyi üçün saxlanılmışdı.
Aytac Aslan















