• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Məşhur müğənni “borc içində üzür” - 15 milyon…

MƏDƏNİYYƏT

27 Sentyabr 2022 | 16:40

Məşhur müğənni “borc içində üzür” - 15 milyon…

“White Magazine” proqramında məşhur müğənni Sərdar Ortaçla bağlı iddia irəli sürülüb.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, proqramda bildirilib ki, Sərdar Ortaç son evini də satışa çıxarıb. Evin dəyərinin 4,9 milyon dollar olduğu açıqlanıb.

Qeyd olunub ki, artıq Sərdarın İstanbulun ən gözəl yerlərindən biri olan İstinye qovşağında, Boğaza mənzərəli, 750 kvadratmetr sahədə tikilmiş, 8 otaqlı, xüsusi layihəli bina, terrası, balkonu, xüsusi kamera sistemi olan evi yoxdur.

Sərdar Ortaç yay aylarında “Borc belimi qırdı” deyərək bu il oxuya bilmədiyini deyib.

15 milyon lirə borcunu ödədiyini bildirən Ortaç, "İndi özüm üçün işləmək vaxtıdır. İnşallah bu dəfə pulu saxlaya bilərəm", - deyib.

Nur


SON XƏBƏRLƏR

08 May 2025