Dünya şöhrətli müğənni Keti Perrinin konserti zamanı gözünün "düşdüyü" video sosial şəbəkələrdə yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, Katy Perry TV adlı TikTok səhifəsi tərəfindən yerləşdirilən video bir gündə 17 milyon dəfədən çox izlənilib.
Perrinin gözünün qıyıldığı əks olunan video sosial şəbəkələrdə yayıldıqdan sonra onun pərəstişkarları narahat olduqlarını bildiriblər. Videoda Perrinin bir gözü qapanıb, digəri isə çırpınaraq açılıb-yumulur.
İstifadəçilərin əksəriyyəti saxta kirpik yapışqanının Keti Perrinin gözlərini örtdüyünü, bəzilərin isə müğənninin stress və ya yorğunluqdan miqren keçirdiyini və ya gözlərində qıcolma olduğunu düşünür.
TikTok istifadəçiləri videoya "Kati Perri yaxşıdırmı?", "Bu gerçəkdirmi? Mən onun üçün həqiqətən narahatam" şərhlərini yazıb. "Twitter"də bəzi istifadəçilər isə "Burada nə baş verdiyindən xəbərim yoxdur, amma ümid edirəm Katy Perri yaxşıdır", "Buna nəyin səbəb olduğu önəmli deyil... Bunun olması cəhənnəm kimi qorxuncdur. Bu, sağlamlıq problemidir və ona ən yaxşısını arzulayıram” deyə şərh yazıblar.
Aytac Aslan
















