• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Bu nə biabırçılıqdır?"  - Saleh Bağırov

MƏDƏNİYYƏT-ŞOU

24 Noyabr 2022 | 12:15

Bu nə biabırçılıqdır?  - Saleh Bağırov

“Bu Dilçilik İnstitutu yerli-dibli ləğv olunmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Saleh Bağırov sosial şəbəkə hesabında yazıb. İTV-nin aparıcısı son günlər müzakirələrə səbəb olan Nəsimi adına Dilçilik İnstitutunda "dovşan" sözünün tələffüzü ilə bağlı təkliflərin ("dovşan", "dofşan", "doşan") müzakirə olunmasını tənqid edib:

"Bu nə biabırçılıqdır?! İllərlə yazılışı və deyilişi eyni olan, qəbul olunmuş sözləri necə dəyişmək olar? Bunlar nə yeyir, nə içirlər, yuxuda nə görürlər, gəlib belə səviyyəsiz müzakirələr edirlər?

Orada toplaşan insanların böyük əksəriyyətinin dil qüsuru, ləhçəsi, dialekti var. Əvvəlcə bunu aradan qaldırsınlar, sonra başlasınlar "guya" dil düzəltməyə.

Həmişə demişəm, bu qurum Azərbaycan dilinin bir nömrəli düşmənidir və nöqtə".


SON XƏBƏRLƏR

19 Aprel 2024