Məşhur pop müğənnisi Sərdar Ortaç qatıldığı televiziya verilişlərinin birində etdiyi etirafla böyük sürprizə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, Sərdar Ortaç evlilikdən əvvəlki münasibətində gözlənilməz hadisə ilə qarşılaşdığını deyib: "Evlənməmişdən əvvəl litvalı sevgilim var idi. Yatdıq, oyandıq, çarpayının altında şişkinlik hiss etdim. Qız vanna otağına keçdi. Münasibətimizin yeddinci ayı idi. Qıza dəlicəsinə aşiq idim. çarpayının üstündəki döşəyi və gündəliyi qaldırdım. Qız gündəlik saxlayırdı.Gündəliyi açdım.Litva dilində nəsə yazılıb.Dedim ki,bunları tərcümə edim görüm nədir? Gündəliyin şəklini çəkdim və ertəsi gün tərcüməçi tapdım. mətnləri tərcümə etdirdim. Dəftərin üçüncü səhifəsində 'Mənim burada nə işim var? Mən Türkiyədə nə edirəm? Mən niyə bu oğlanla 6 aydır burdayam? Allah mənə kömək olsun” yazılmışdı".
Ortaç deyib ki, bu, aldanmaqdan daha pisdir: "Üzümə de, yanımda qalma, hara gedirsən get. Amma yazma. Aldandığımı düşünmürəm. Bu, aldatmaqdan da pisdir. Qız deyir ki, "Mən burada nə edirəm?" Amma 7 aydır ki, mənim qoynumdasan".
Aytac Aslan