• Bakı 24° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Bu da Bred Pittin özündən 27 yaş kiçik sevgilisi - FOTO

MƏDƏNİYYƏT

28 Sentyabr 2022 | 12:21

Bu da Bred Pittin özündən 27 yaş kiçik sevgilisi - FOTO

Hollivudun məşhur aktyoru Bred Pitt (58) və model-aktrisa Emili Ratajkovskinin (31) bir müddətdir birlikdə olduqları iddia edilir.

Bakıvaxtı.az "Habel Global"a istinadla xəbər verir ki, onlar ilk dəfə 2020-ci ildə Vanity Fair Oscar mərasim gecəsində tanış olub.

İddialara görə, Ratajkovski həyat yoldaşından ayrıldıqdan sonra Pittlə görüşməyə başlayıb. Münasibətlərini hələ də təsdiqləməyən ikili susqunluqlarını davam etdirir.

2018-ci ildə Sebastian Bear-McClard ilə evlənən Ratajkovski 2022-ci ildə ondan ayrılıb.

Pitt 2014-cü ildə evləndiyi Ancelina Coli ilə evliliyini 2019-cu ildə bitirib.

Aytac Aslan


SON XƏBƏRLƏR

05 Iyul 2025