• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Gülşənə qoyulan bu qadağa ləğv edildi

MƏDƏNİYYƏT

27 Oktyabr 2022 | 18:25 | Müəllif: Subhan Mahmudov

Gülşənə qoyulan bu qadağa ləğv edildi

Ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğlu barədə yeni qərar verilib.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə məhkəməsi baş tutan sənətçinin polisə gedərək hər gün imza atması barədə qəbul edilən qərar ləğv olunsa da, xarici çıxmasına qoyulan qadağa qüvvədə qalmışdı.

Gülşənin vəkilinin qərara etiraz etməsi nəticəsində sənətçinin xaricə çıxması qadağası 250 min lirə güvən ödənişiylə ləğv olunub.

Qeyd edək ki, Gülşən konsertlərindən birində dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs olunub. Onun bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Həbs olunan Gülşən məhkəmədə həbs olunmadan mühakimə olunmaq istədiyini bildirmişdi  Daha sonra sənətçi ev həbsinə buraxılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026