• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Elza Rasim Balayevlə barışmasından DANIŞDI

MƏDƏNİYYƏT

26 Noyabr 2022 | 12:59

Elza Rasim Balayevlə barışmasından DANIŞDI

Əməkdar artist Elza Seyidcahan Xalq artisti Rasim Balayevlə barışmasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi "Bir axşam səhnədə" proqramında danışıb.

"Rasim Balayevlə söz-söhbətdən sonra qarşılaşmamışdıq. Verilişdə idik, sakit oturdum. Amma proqram boyunca gözümün içinə baxdı. Veriliş bitəndən sonra mikrofonu çıxartmaq istəyirdi, ona yardım etdim. Dedi ki, şeir yaz. Ona kitabımı hədiyyə etdim. Dedim ki, əsl şeirlərim bunlardır. Üzündən yox, alnından öpdüm" deyə, Seyidcahan bildirib. 

Qeyd edək ki, Rasim Balayev bəstəkar-müğənninin şeirlərini haqda danışarkən "Ona deyən yoxdur ki, işinlə məşğul ol? Sən şair deyilsən. Bu şeirlər efirlik deyil" sözlərini demişdi. E.Seyidcahan isə cavab olaraq "Rasim Balayevə təşəkkür edirəm, oxucumdur, məni müzakirə edir. Mənim kimi böyük şairi şəxsiyyətli aktyor, xalqımızın gözəl sənətkarı müzakirə edirsə, mənim üçün fəxrdir. Rasim bəy, oxumağa davam edin. Sizi çox istəyirəm, məni tənqid edin" sözlərini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026