• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Niyaməddin Musayev idman zalında 

MƏDƏNİYYƏT

26 Noyabr 2022 | 13:21

Niyaməddin Musayev idman zalında

Xalq artisti Niyaməddin Musayev Bakıda fəaliyyət göstərən idman zallarından birində məşq edir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə Azər Rza adlı istifadəçi məlumat yayıb. O bildirib ki, zalda məşq edərkən 82 yaşlı sənətçini görüb. Yaşını öyrənəndə təəccübləndiyini bildirən istifadəçi qeyd edib ki, onun bu yaşda həvəsi və forması qaydasındadır. 

Məlumat üçün bildirək ki, Niyaməddin Musayev dəfələrlə efirlərdə idmanla məşğul olduğunu açıqlayıb. O, hər axşam Dənizkənarı Milli Parkda gəzərək formasını saxladığını bildirir. 82 yaşlı Xalq artisti hətta efirlərdən birində yoqa hərəkətləri etməsi ilə diqqət çəkmişdi. 
 


Niyaməddin Musayev idman zalında
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026