• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Qızların geyimləri, dırnaqları nə gündə olur" - Rövşanə Ağasəfqızı

MƏDƏNİYYƏT

26 Noyabr 2022 | 14:44

"Qızların geyimləri, dırnaqları nə gündə olur" - Rövşanə Ağasəfqızı

Aparıcı Rövşanə Ağasəfqızı bir müddət əvvəl qalmaqala səbəb olun geyimlərlə bağlı açıqlamasından danışıb. 

Bakıvaxtı.az xəbər verir ki, "Bir axşam səhnədə" verilişinə qonaq olan aparıcı bunları əlavə edib:

"Qısa ətəkləri çox sevirəm, demirəm qızlar geyinməsin. Tənqidləri boş verirəm və heç vaxt cavablandırmıram. Qızlar oğlan kimi geyinirlər: şalvar əyinlərindən tökülür, ayaqda idman ayaqqabısı. Bilmirsən, gələn qızdır, yoxsa oğlan. Söz azadlığımdan istifadə edirəm, deyirəm ki, sevmirəm. Qızım da hərdən geyinir və deyir, dəbdir. Ömürboyu qısa ətək geyinmişəm. Qadın kimi geyinən kişi bizi cəlb edə bilər? Kişini bəs, o cür qadın cəlb edə bilər? Qız uşağı qız kimi geyinməlidir, güzgünün önünə keçməlidir. Baxırsan geyimləri, dırnaqları nə gündədir". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR