Xalq artisti Brilliant Dadaşova Xalq yazıçısı Anar Rzayevi müdafiə edib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni bunla bağlı instaqram hesabında video yayımlayıb.
"Anar Rzayev Nigar Rəfibəylinin bizə yadigarıdır. Allah sizə, Çingiz Abdullayevə və bütün ziyallılarımıza uzun ömür və səbr versin. Allah, ziyallılarımızı qoru, onlara can sağlığı bəxş etdi", - deyə Dadaşova paylaşımında yazıb.
Qeyd edək ki, Azərbaycan yazıçılarının XIII qurultayı keçirilib. Qurultayda 84 yaşlı Xalq yazıçısı Anar Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib. Bu isə etirazlara səbəb olub.
















