Məlum olduğ\u kimi, məşhur müğənni Oğuzhan Koç və aktrisa Demet Özdemirin avqustun 26-da keçirilməli olan toyu hava şəraiti ilə əlaqədar avqustun 28-nə təxirə salınmışdı.
Bakıvaxtı.az xəbər verir ki, Koç və Özdemir Sarıyerdə bir oteldə keçirilən mərasimlə arzularına çatıblar. Nikah mərasimi zamanı Demet Özdemir qonaqların qarşısına Eda Güngör Gözəl Geyimlər Muzeyinin hazırladığı gəlinlikdə çıxıb.
Özdemir nikah mərasimindən sonra Nihan Pekerin hazırladığı ikinci gəlinliyi ilə göz qamaşdırıb.
Toyun parti qismi üçün o, Alexander Mc Queen moda nümayişinin xüsusi paltarlarınxan olan gəlinliyini Londondan sifariş edib və xüsusi olaraq özü üçün dizayn etdirib.
Məşhur cütlük toyları üçün 4 milyon xərcləyib.
Nur






















