• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“Şuşa mədəniyyətinin inciləri”: BAHARI

MƏDƏNİYYƏT-ŞOU

26 Sentyabr 2022 | 17:00

“Şuşa mədəniyyətinin inciləri”: BAHARI

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

Bakıvaxtı.az xəbər verir ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın geyim nümunəsi olan baharıya həsr olunub.

Qarabağ bölgəsi qadın geyimləri dəstində çiyin geyimləri özünün rəng seçimi, estetik gözəlliyi, biçim mütənasibliyi və çoxçeşidliliyi ilə diqqəti daha çox cəlb edir. XIX-XX əsrin əvvəllərində Şuşanın qadın geyimləri kompleksində çəpkən, arxalıq, baharı, kürdü, nimtənə, pullu çəpkən və başqa geyim tipləri daha çox istifadədə olunurdu.

Şuşada geniş istifadə olunan qadın üst geyim tipindən biri də baharıdır. Biçim üsuluna və tikiş texnikasına görə küləcə ilə eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval), qol kəsiyinə (adətən yarımqol olurdu) və ətək biçiminə görə (ətək küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı olan baharı bahalı parçalardan (məxmər, tirmə) hazırlanır, yaxası boyvəboy açıq biçilir, ətək yanları, yaxa və qol kəsikləri küləcədə olduğu kimi bəzədilirdi. 


SON XƏBƏRLƏR

18 Aprel 2024