• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Murad Arifin bağ evinə ayı girdi - YENİLƏNİB (VİDEO)

MƏDƏNİYYƏT

04 Iyun 2022 | 14:54 | Müəllif: Subhan Mahmudov

Murad Arifin bağ evinə ayı girdi - YENİLƏNİB (VİDEO)

Sumqayıt şəhərinin Saray bağları ərazisində sakinlərin həyətinə daxil olan ayı balası  Abşeron Rayon Polis İdarəsinin, Saray Polis bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Bunu Bakıvaxtı.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. 

O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür. 

"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".

***12:22

Bəstəkar-müğənni Murad Arifin başına iş gəlib.

Bakıvaxtı.az xəbər verir ki, M.Arifin bağ evindəki həyətinə ayı balası girib.

Bununla bağlı ifaçı “Facebook” hesabında paylaşım edib.

“Mənim həyatımda bir tək ayı çatışmırdı. Səhər saat beşin yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur - red.) hasarına cumur, yaxınlaşanlara hücum edirdi. Bağımızda yaşayan ailə gecəylə video çəkib göndərib. Yatmışdım, indi xəbər tuturam. Ayı da hasardan qaçıb gedib. Xatırladıram ki, Novxanı-Qurd dərəsi zonasında ayılar olmur. Bu, kiminsə kəsib-yemək üçün saxladığı heyvan imiş, qurtulub”, - deyə o, sözlərinə əlavə edib.

Sözügedən paylaşımı təqdim edirik:

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026