• Bakı 24° C

    12.81 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

"Soğan yeməmisən, için niyə göynəyir?"

MƏDƏNİYYƏT

09 Aprel 2022 | 14:11

Soğan yeməmisən, için niyə göynəyir?

Şairə Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyevanı məhkəməyə verib.

Bakıvaxtı.az sia-ya istinadən xəbər verir ki, Fatimə Fətəliyeva şairə haqqında "Bundan əvvəl salonumdakı işçiləri pislədi ki, heç kim ora gəlməsin, niyə dinc dayanmırsan, sənin adını çəkən var? Efirdə soruşurlar, deyirəm, Nazilənin ürəyində kin yoxdur, niyə barışmıram. Sən demə, Nazilənin ürəyində ilanlar var imiş" deyə sərt fikirlər səsləndirmişdi.

Bu barədə açıqlama verən Nazilə Səfərli "Məhkəməyə vermişəm. Ona şans verdim, gərək üzr istəyərdi. Çünki belə də üzr istəyəcək, indi bir də təzminat ödəyəcək. Söhbət ondan gedir ki, soğan yeməmisən için niyə göynəyir? Yazdığım monoloqu niyə özünə götürmüsən?" deyib.


SON XƏBƏRLƏR

29 Iyun 2025