• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyanın bombaladığı Mariupol Teatrı ilə bağlı DƏHŞƏTLİ İDDİA: 600 nəfər ölüb

CƏMİYYƏT

05 May 2022 | 17:25 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyanın bombaladığı Mariupol Teatrı ilə bağlı DƏHŞƏTLİ İDDİA: 600 nəfər ölüb

Martın 16-da Mariupolda Donetsk Akademik Dram Teatrının bombalanması indiyədək dinc əhaliyə qarşı törədilmiş ən qanlı hücum kimi diqqət çəkir.

Bakıvaxtı.az xəbər verir ki, “Associated Press” həmin gün teatrda baş verənləri, sağ qalan 23 nəfərin ifadələrini işıqlandırıb.

“Associated Press”in araşdırması hadisə nəticəsində 600-ə yaxın insanın öldüyünü üzə çıxarıb. Bu isə o deməkdir ki, ölənlərin sayı indiyədək açıqlan saydan iki dəfə çoxdur.

AP-yə danışan şahidlər deyiblər ki, ən azı 100 adam çöldəki tarla mətbəxində olub və onlardan heç biri sağ qalmayıb. Şahidlər onu da bildiriblər ki, binanın içərisindəki otaqlar və dəhlizlər dolu olub, hava hücumu zamanı içəridə 1000-ə yaxın insanın olduğu bildirilir.

London Kral Kollecinin beynəlxalq təhlükəsizlik üzrə professoru Ceyms Qou deyib ki, teatrda baş verənlərin sənədləşdirilməsi Ukraynada insanlığa qarşı cinayəti sübut etmək üçün çox vacibdir.

 BMT-nin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında ekspert şahidi kimi də çalışmış Qou, "Bu güclü şahid ifadələri Rusiyanın qeyri-qanuni davranışının geniş və ya sistematik olduğunu müəyyən etmək üçün əhəmiyyətli olacaq" deyib.

Ukrayna rəsmiləri Rusiyanın mühasirəsi zamanı 20 minə yaxın dinc sakinin öldüyünü bildirib. Keçən ay peyk görüntüləri də Mariupoldan kənarda ən azı iki kütləvi məzarlıq yeri göstərib.

Aytac Aslan


Rusiyanın bombaladığı Mariupol Teatrı ilə bağlı DƏHŞƏTLİ İDDİA: 600 nəfər ölübRusiyanın bombaladığı Mariupol Teatrı ilə bağlı DƏHŞƏTLİ İDDİA: 600 nəfər ölüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026