• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda velosiped oğrusu saxlanıldı - FOTO

CƏMİYYƏT

04 Iyun 2022 | 14:59 | Müəllif: Subhan Mahmudov

Bakıda velosiped oğrusu saxlanıldı - FOTO

Bakının Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birinin dayanacağından dəyəri 450 manat olan velosiped oğurlanıb.

DİN-dən Bakıvaxtı.az-a bildirilib ki, oğurluğun baş vermə anları ərazinin kameraları vasitəsi ilə də anbaan görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nicat Cəfərov saxlanılıb. O, ifadəsində oğurladığı velosipedi satdığını bildirib.

Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Nicat Cəfərovun Nərimanov və ya paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi aparılan araşdırmalardan sonra məlum olacaq.


Bakıda velosiped oğrusu saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026