Yanvar-iyun aylarında Rusiyanın büdcə gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 17 milyard rubla (təxminən 192 milyard dollar) çatıb.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, Rusiya Maliyyə Nazirliyinin yaydığı məlumatda yer alıb.
Bildirilib ki, ilin ilk 6 ayında qeyri-neft və təbii qaz gəlirləri əvvəlki ilə nisbətən 26,6 faiz, neft və təbii qaz gəlirləri isə 68,5 faiz artıb.
Sözügedən dövrdə büdcə gəlirlərinin cəmi 38 faiz artaraq 17 milyard rubl, büdcə kəsirinin ÜDM-ə nisbəti isə iyun ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 bənd azalaraq 0,5 faiz təşkil edib.
Gülşən Şərif
















