• Bakı 24° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Rusiyanın qaz ixracı üç dəfə artacaq - Proqnoz

İQTİSADİYYAT

08 Avqust 2024 | 15:29

Rusiyanın qaz ixracı üç dəfə artacaq - Proqnoz

2050-ci ilə qədər Rusiya xaricə qaz tədarükünü təxminən üç dəfə artıra bilər.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, Rusiya Energetika Nazirliyinin proqnozunda yer alıb.

Energetika Nazirliyinin məlumatına görə, 2030-cu ilə qədər Rusiya qazının ixracı 359 milyard kubmetrə, 2050-ci ilə qədər isə 421 milyard kubmetrə çatacaq. Departament digər karbohidrogenlərin ixracının da artacağını gözləyir. 

Proqnozlara görə, kömür ixracının həcmi 59% artaraq 338 milyon tona, neftin ixracı 3,8% artaraq 243 milyon tona çatacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Iyul 2025