• Bakı C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Rusiyanın Çinə bir növ məhsul tədarükündən əldə etdiyi gəlir artıb

DÜNYA

21 Yanvar 2025 | 16:13

Rusiyanın Çinə bir növ məhsul tədarükündən əldə etdiyi gəlir artıb

2024-cü ilin sonunda Rusiyanın Çinə alüminium tədarükündən əldə etdiyi gəlir 2023 -cü ilin göstəricisi ilə müqayisədə artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, yanvar-dekabr aylarında Rusiya ixracatçılarının Asiya ölkəsinə alüminium tədarükündən əldə etdikləri gəlir 3,58 milyard dollara yüksəlib. 

Qeyd olunub ki, əldə edilən nəticə 2015-ci ildə statistik məlumatlar başlayandan bəri maksimum olub.

Hesabat dövründə çinli alıcılar arasında ən populyar məhsul xam alüminium olub ki, hesabat dövründə onun alışı 25,3 faiz (3,54 milyard dollar) artıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Yanvar 2025