“Rusiyanın Qarabağa qarşı tədbir görməsinə ehtiyac yoxdur”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın adamı Ruben Vardanyanın Qarabağda yerləşən qondarma rejimin “dövlət naziri” vəzifəsindən qovulmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, belə olan halda, sanki Azərbaycan Kürdəmir rayonuna qarşı tədbir görmüş olur: “Bu, Rusiyanın nəyinə lazımdır? Qarabağ erməniləri, onların “məmurları”nın hamısı Rusiyadan asılıdır. Vardanyanın yerinə gələn də Rusiyadan asılıdır. Nersisyan özü də Rusiyanın adamıdır”.
Politoloq deyib ki, bütövlükdə “Dağlıq Qarabağ” adlı qondarma qurum Rusiyanın layihəsidir.
Qeyd edək ki, ötən həftə Ruben Vardanyan Qarabağda yerləşən qondarma rejimin “dövlət naziri” vəzifəsindən qovulub. Onun “yerinə” isə Qurgen Nersisyan gətirilib.
Nuranə Daxilqızı




jpg-1680077951.webp)







jpg-1680068416.webp)



